Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

Özünü yandıran əlilin bacısı danışdı

Yevlax rayonunda özünü yandıran əlilin bacısı danışıb.

Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır: "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Fonduna müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan.

Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".
1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber