Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Yanvar 2014

“Amerika ilə birbaşa döyüş bizim arzumuzdur”

“Sepah” komandanı: “Amerika ilə birbaşa döyüş bizim arzumuzdur”

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandanı Məhəmmədəli Cəfəri jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Con Kerrinin İranla bağlı bəyanatına kəskin reaksiya verib.

Con Kerri yanvarın 23-də jurnalistlərlə görüşündə Qərbin İranla son nüvə razılaşmasına toxunaraq Tehrana qarşı hərbi variantın masa üzərində olduğunu deyib: “Əgər İran Cenevrədəki nüvə razılaşmasından yayınsa, Amerika üçün bu ölkəyə qarşı hərbi seçim variantı gündəmə gələcək və lazım olan hər şey ediləcək”.

“Sepah” komandanı dövlət katibinə belə cavab verib: “Cənab Kerri! Bunu bilin ki, Amerika ilə birbaşa savaş bizim və dünyadakı mömin və inqilabçı döyüşçülərin ən güclü arzusudur. Sizin təhdidləriniz inqilabçı islam üçün ən yaxşı fürsətdir. İslam rəhbərləri uzun illərdir ki, bizi böyük və taleyüklü bir müharibə üçün yetişdiriblər. Sizin ağıllı siyasətçilərinizin gülünc hərbi seçimə əl atmasına, onu həyata keçirməsinə icazə verəcəklərini güman etmirəm. Dünyada İran İslam Respublikasının müttəfiqi sayılan minlərlə inqilabçı müsəlman Amerikada masa üzərində olan həmin hərbi seçimin həyata keçirilməsini gözləyirlər”./mediaforum/
1507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber