Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Çində quş qripinin qurbanlarının sayı 19 nəfərə çatıb

Çində H7N9 quş qripinin yayılması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir.

İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, Çinin səhiyyə orqanlarının məlumatına əsasən, ilin əvvəlindən 96 nəfər virusa yoluxub, 19 nəfər dünyasını dəyişib.

Həkimlər virusun insandan insana keçməsini istisna etmirlər. Çinin bir sıra ərazilərində diri quşların satılmasına qadağa qoyulub. Ölkənin şərqində yerləşən Çjetsyan əyalətində 49 nəfər xəstələnib, 12 yerli sakin ölüb.

Quş fabrikləri, parklar, köçəri quşların miqrasiya məskənləri xüsusi nəzarətə götürülüb.

Şanxayda quş bazarları bağlanıb. Burada ilin əvvəlindən 8 nəfər quş qripinə yoluxub, onlardan 4-ü ölüb. Quandun əyalətində yanvar ayında 26 nəfər xəstələnib, 4 nəfər həyatını itirib./apa/
1414 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP