Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Sabiq nazir Fərhad Əliyev və qardaşı azadlığa buraxıldı

İ.Əliyevin bu gün imzaladığı əfv sərəncamında azadlığa buraxılacaq məhkumlar arasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin və omun qardaşı - "Azpetrol" şirkətinin keçmiş sahibi Rafiq Əliyevin də adı var.

Qeyd edək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və qardaşı Rafiq Əliyev 9 oktyabr seçkilərində prezident İlham Əliyevə səs vermişdilər. Ondan öncə isə əfvlə bağlı ölkə başısına müraciət etmişdilər.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamıyla 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb. 2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib./Modern
3268 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.19, 12:33
Türkiyə ordusu itki verdi
17.10.19, 09:38
Saatlıda bıçaqlanma olub
15.10.19, 11:00
Ronaldodan tarixi rekord
13.10.19, 10:03
Tovuzda qətl törədilib
Go to TOP