Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Arıqlama üçün üç günlük detoks diyeti

Üç gün müddətinə davam edən bu möcüzəvi detoks diyeti sayəsində artıq çəkidən xilas ola biləcəksiniz.


Birinci gün:

 

Səhərdən günortaya qədər ilıq yaşıl alma kompotu içəcəksiniz.


Hazırlanması:

 

Dilimlənmiş 3 ədəd qabıqlı yaşıl alma
3-4 ədəd darçın qabığı
5-6 ədəd qərənfil 
10-15 ədəd kişmiş

 

Bütün vasitələri qaynadın və soyudun. Kompotun dənələrini blenderdən də keçirə bilərsiniz (zövqə görə). Mütləq ilıq olaraq istifadə edin.

 

Günortadan gecə yatana qədər:

 

Kələm şorbası

 

Hazırlanması:

 

Bir ədəd balaca ağ kələm

1 baş soğan

3-4 diş sarımsaq
1 dəstə cəfəri
Bir neçə ədəd bibər
1 çay qaşığı timin yağı
1 çay qaşığı zəncəfil
2-3 çay qaşığı zeytun yağı


Bütün vasitələri qaynadın və soyudun. Blenderdən keçirə bilərsiniz. Mütləq ilıq halda istifadə edin.

 

Ayrıca gün ərzində meyvə yeyin. Şüyüd çayı, yaşıl çay içsəniz daha yaxşı olar.


İkinci gün:

 

Gün ərzində yalnız çiy qidalar istifadə ediləcək.

 

Səhər: 2 ədəd yaşıl alma və 2 ədəd xiyar yeyin.

 

Günorta: Bol yaşıl salat (içində qətiyyən pomidor olmamalı, göy tərə əlavə olunsa yaxşı olar).
6-7 qaşıq yağsız qatıq, iki saatdan bir yaşıl alma və xiyar yeyin.

 

Axşam: Yarım kiloya qədər az qaynadılmış balqabaq və 2-3 qaşıq yağsız qatıq istifadə edin.

 

Yatmazdan əvvəl: yaşıl alma yeyin.

 

Üçüncü gün:

 

Səhər: Stəkan yarım yağlı süd
2-3 ədəd qoz içi

 

Günorta: Az miqdarda zeytun yağı ilə qaynadılmış yarım kiloya qədər balqabaq və 6-7 qaşıq yağsız qatığı əlavə edin və yeyin.

 

Axşam: Soğan-sarımsaqla bişirilmiş təzə paxla, gül kələmi ya da ispanaq kimi yaşıl bir tərəvəz əlavə edin və yeyin.

 

Yatmazdan əvvəl: 2-3 ədəd kivi istifadə edin.

 

Qeyd: gündəlik diyet müddətində əlavə olaraq bolluca ilıq maye (yaşıl çay, şüyüd çayı) bunlardan içməyi unutmayın!

1441 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber