Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Bakıda dəmiryolu stansiyasında meyid tapıldı

Küçədə ölən kişinin kimsəsiz olduğu deyilir

Ötən gün saat 15:45 radələrində Bakının Suraxanı rayonu ərazisində, Bülbülə dəmiryolu stansiyasında yaşlı kişi meyidi tapılıb. Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsindən ans-ə verilən məlumata görə, araşdırmalar zamanı meyidin kimliyi məlum olub.

Həmin şəxsin 56 yaşlı Rafiq Tanrıverdiyev olduğu müəyyənləşib. Onun kimsəsiz olduğu və küçədə yaşadığı bildirilir. Eyni zamanda Rafiq Tanrıverdiyevin spirtli içki düşkünü olduğu deyilir. Hələlik ölümün səbəbləri məlum deyil.
1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber