Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Bu partiya seçkidə Ərdoğanın başını ağrıdacaq

Yeni partiyanın adı və loqosu hakim partiya ilə bənzərlik təşkil edir

Türkiyədə bu il mart ayının sonunda keçiriləcək bələdiyyə seçkisi üçün səs vermə bulletenləri hazırdır. Bulletendəki partiyalardan biri AKP (hakim Ədalət və İnkişaf Partiyası) seçiciləri üçün sürpriz olub. Yeni partiyanın adı və loqosu hakim partiya ilə bənzərlik təşkil edir.

“Alternativ Partiya” səs vertmə bulletenində “Al Parti” kimi göstərilib ki, bu da hakim partiyanın bulletendəki “Ak Parti” nişanına bənzəyir.

Yeni partiyanın loqosunda ətrafa işıq saçan günəş təsvir olunub. Bu da hakim partiyanın elektrik lampası ilə təsvir olunan loqosuna bənzəyir.

Bundan başqa yeni partiyanın saytının əsas səhifəsində mühafizəkar hesab olunan siyasətçilər Adnan Menderes, Nəcməddin Ərbakan və Turqut Özal, habelə mühafizəkar şairlər Mehmet Akif Ersoy və Nəcib Fazil Kısakürek kimi tanınmışların şəkilləri nümayiş olunur.

Türkiyənin Mərkəzi Seçki Komissiyası seçki günü seçiciləri diqqətli olmağa dəvət edib.

Bu il Türkiyədə keçiriləcək bələdiyyə seçkisində 26 siyasi partiya 52 milyon 721 min 589 nəfər seçicinin səsi uğrunda mübarizə aparacaq.
1434 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33