Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Kolbasa alarkən diqqətli olun!

Məhsulu alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmalıdı

Kolbasa məmulatları alarkən hər bir istehlakçı onun keyfiyyətli olmasına əmin olmalıdı. İqtisadiyyat və Sənaye Nazirliyi ans vasitəsilə bütün istehlakçıları kolbasa alarkən diqqətli olmağa çağırır.
Qeyd edək ki, kolbasa məmulatı alarkən onun bir sıra əlamətlərinə diqqət yetirmək vacibdi. Kolbasa məmulatının (selefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olaraq, ətə yaxşı yapışmalı, qabığın üzərində kif olmamalıdı. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdı.

Məhsulun iyi və dadına gəlincə, bu növ kolbasalara qatılan ədviyyatın xoş iyi və dadı hiss olunmalıdı. Kənar maddələrin iyi, qaxsıma və turşuma kimi xoşagəlməyən iy və dad hiss olunmamalıdı. Kolbasa məmulatını bıçaqla kəsdikdə qiyməsinin rəngi həmin məlumatlar üçün xarakterik olmalıdı. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdı. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdı. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdı. Hisə verilmiş kolbasalarda qiymə bərabər dərəcədə çəhrayı olmalı, bozumtul ləkələr olmamalı, piyin rəngi ağ və ya çəhrayı olmalıdı.

Kolbasa reseptində məmulata əlavə qatışıqların-nişasta, un və s. qarışdırılması da nəzərdə tutulur. Əks halda, kolbasa öz konsistensiyasını itirə bilər. Amma bəzən istehsalçılar əlavələri normadan artıq etməklə istehlakçını aldadırlar.

Belə ki, normadan artıq qatışıqlar vurulanda kolbasada ətin miqdarı azalır və bu onun keyfiyyətinə təsir göstərir. Nəticədə istehlakçıya daha az enerji verən məhsul satılmış olur. Bu da onların qanunvericiklə təsbit olunmuş hüquqlarının pozulmasına səbəb olur.

Ümumiyyətlə, hisə verilmiş, yarım hisə verilmiş, çiy hisə verilmiş və bişmiş halda olan kolbasa növlərinin hər biri standartların tələblərinə, texniki şərtlərinə cavab verməlidi. Məsələn, bişmiş kolbasanın tələblərinə görə 100 kq kolbasaya 2,3 kq xörək duzu istifadə olunmalıdır. Bundan başqa, orqanizmə mənfi təsir göstərən ağır metal duzları, nitritin normadan artıqlığı və ya digər bakteroloji göstəricilər təhlükə törədərsə, bu məhsulların satışa buraxılması yolverilməzdi.

Kolbasa məmulatlarının növündən asılı olaraq saxlama və satış müddətləri müxtəlifdir. Məsələn, bişmiş kolbasalar və ya batonlar 72 saat, paştetlər 24 saat, başqa bişmiş kolbasalar 48 saat, yarım hisə verilmişlər 10 sutka, bişmiş hisə verilmişlər 10 sutka, çiy hisə verilmişlər 4 aya qədər saxlamaq olar. Bəzi növ kolbasaların saxlanma müddəti və şəraiti isə onlar üçün təsdiq edilmiş resepturalar əsasında müəyyən edilir. Mənfi 9-7 dərəcədə yarım hisə verilmiş kolbasalar 3 aya qədər, bişmiş hisə verilmiş kolbasalar 4 aya qədər, çiy hisə verilmiş kolbasalar isə 9 aya qədər saxlanıla bilər.

Üzərində etiketi olmayan, buraxılma tarixi, yararlılıq müddəti göstərilməyən, yaxud bu müddətləri ötən kolbasaları almaq olmaz. Ticarət şəbəkəsində mövcud tələblərə cavab verməyən şəraitdə saxlanılan keyfiyyətsiz kolbasa məmulatlarına rast gəldikdə dərhal Dövlət Xidmətinə müraciət etmək lazımdı.
1388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı