Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

28 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 28-də hava şəraitinin gecə və səhər saatlarında dumanlı, çiskinli, gün ərzində isə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Yanvarın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-8, bəzi yerlərdə 10-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, havanın temperaturunun gün-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.
1496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.1