Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2017

13 yaşlı yəmənli qızın Ərəbistanın Yəmənə təcavüzü haqda müraciəti - Video

13 yaşlı yəmənli qız ərəb koalisiyasının vəhşi hücumu nəticəsində yaralanmışdır və hal-hazırda bədənində çoxlu yaralar vardır. Yəmənli həkimlər bu qızın yaralarının cərahiyyə əməliyyatı ilə sağalacağına inanırlar, lakin onun ailəsinin cərrahiyyə əməliyyatı üçün maddi imkanları yoxdur.
Bu məzlum qız dünyanın azad insanlarına müraciət edib:
Mən dünyanın azad insanlarından istəyirəm ki, Yəmən müharibəsinə son qoysunlar. Mən də bundan əvvəl başqa uşaqlar kimi yol yeriyirdim, məktəbə gedirdim.
Sizdən istəyirəm ki, müharibəni dayandırasınız. Çünki uşaqların zülmə məruz qalması ədalətli deyil. Mən belə olmazdan əvvəl oynaya bilirdim, məktəbə gedirdim, məktəbdə partada otururdum, yazı yaza bilirdim. Amma indi bu yaralarla heç bir iş görə bilmirəm. Əllərim və belim yaralardan ağrıyır. Hamısından pisi odur ki, mən daha oynaya bilmirəm. Əvvəllər atam məni poçt idarəsinə aparırdı ki, əmək haqqını alsın və o pulla mənə dərman alsın. Amma indi o pul yoxdur; indi biz gün ərzində cəmi bir dəfə yemək yeyirik. Onu da güclə tapırıq.


86 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 17:41