Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2017

Ərəbistanın səhv hərəkətləri İranın xeyrinə tamamlandı

Amerikanın “Xarici Münasibətlər Şurası Mərkəzi”-nin raportunda 2017-ci ilin ən əhəmiyyətli 7 beynəlxaq hadisələri yer alıb.
Bu hadisələrdən biri də İranın regionda nüfuzunun güclənməsidir. Mərkəz bu məsələni geniş şərh etmiş və onu yaradan səbəbləri təhlil etmişdir.
Raportun bir hissəsində deyilir: “İran rəsmiləri 2017-ci ildə baş vermiş hadisələrdən sevinməlidirlər. Belə nəzərə gəlir ki, Suriyada Bəşar Əsədin hakimiyyətdə qalması təzmin olunmuşdur. Eləcə də Livanda Hizbullah. İŞİD ələ keçirdiyi ərazilərin çox hissəsini itirdi. İraq dövləti əsas neft ehtiyatları yerləşən Kərkükü geri aldı. Husilər Yəməndə Ərəbistanı Yəmən batlağına saldı”.
Bu hadisələrdə İranın rolunu vurğulayan mərkəz öz açıqlamasında bildirir: “İran bütün bu hadisələrdə əsas rol oynadı və sözügedən hadisələr onun bütün regionda nüfuzunun güclənməsinə səbəb oldu. Amma bütün uğurları İran özü əldə etmədi.
Ərəbistanın səhv addımları İranın nüfuzunun genişlənməsinə kömək etdi. Riyaz Yəməndə ölçülməmiş hərəkətə yol verdi, Qətəri İranla yaxın olduğuna görə blokadaya saldı, terrorizmə dəstəyi öhdəsinə aldı. Ərəbistanın bu hərəkətinin qarşısında Qətər bir az da İrana yaxınlaşdı və bu məsələ Amerika üçün diplomatik başağrı oldu”.
93 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?