Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Dekabr 2017

Kremldən təhdid: NATO Tiflisi qoruya bilməyəcək

Moskva Tiflisin aktiv şəkildə NATO strategiyalarının reallaşmasında iştirak etməsinə təəssüf edir.

Bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasin söyləyib. Onun sözlərinə görə, Tiflisin bu mövqeyi Gürcüstanın təhlükəsizliyini gücləndirmir:

“ABŞ və digər NATO üzvlərinin Gürcüstanın hərbiləşdirilməsi kontekstindəki səyləri regionda ciddi narahatlıq yaradır. Təəssüf ki, qonşuları ilə münasibətləri yoluna qoymaq yerinə Tiflis Rusiyanın qarşısının alınmasıyla bağlı NATO strategiyalarının reallaşdırılmasına qoşulub. Bu, Gürcüstanın təhlükəsizliyini gücləndirmir. Bizim Abxaziya və Cənubi Osetiya kimi müttəfiqlərimiz 2008-ci ilin avqust hadisələrinin təkrarından bu gün etibarlı şəkildə sığortalanıblar. Cənubi Qafqazda stabillik problemlərinə fərqli yanaşmaların mübarizəsi hələ də davam edir”.
266 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP