Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

HƏMAS rəsmisi Saleh Aruri general Qasım Süleymani ilə görüşdü

"Al-Monitor" adlı analiz saytında Əli Haşim adlı yazarın son məqaləsində Fələstin müqavimətinin yeni mərhələsi araşdırılaraq "İran, "Hizbullah" və HƏMAS müqavimət üçün yeni strategiya axtarır" adlı məqalə qələmə alınıb.
Eastnewsun verdiyi xəbərə görə, Fələstinin HƏMAS müqavimət hərəkatı İran və “Hizbullah”-la müzakirələrdən sonra yeni yol xəritəsi formalaşdırıb.
ABŞ prezidenti Donald Trampın qəbul etdiyi Qüds qərarından sonra İntifada (qiyam) çağırışı edən HƏMAS üzərində İran və “Hizbullah”-ın təsiri gedtdikcə diqqətə çarpır.
HƏMAS-ın iki nömrəli adamı sayılan Saleh Arurinin noyabrınn 19-da İrana etdiyi səfərini xatırladan “Al Monitor” , “Saleh Arurinin rəhbərlik etdiyi HƏMAS heyətinin Tehran səfəri Fələstin hərəkatının təmsilində bir neçə aydır canlanan əlaqələrin dönüş nöqtəsi idi. Bu, Fələstin hərəkatının elan edilməsi və keçmiş müttəfiq İranın rəhbərliyi altında yeni strategiyanın müəyyənləşdirilməsi idi” , – deyə yazıb.
Saleh Arurinin Tehrana ikinci dəfə səfər edərək İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general Qasım Süleymani ilə görüşdüyünü qeyd edən “Al Monitor”, Arurinin burada Fələstin müqavimətinə tam dəstək vədi aldığını bildirib.
“Al Monitor'”-a görə, HƏMAS-ın İordan çayının qərb sahilindəki nüfuzunu idarə edən Saleh Aruri, İran səfərlərindən əvvəl Livana keçərək “Hizbullah” müqavimət hərəkatının lideri Seyid Həsən Nəsrullahla görüşmüşdü. Həmin kontekstdə, “Al Monitor”-a münasibət verən HƏMAS rəsmilərindən biri “Hizbullah” və HƏMAS arasındakı münasibətlər barədə belə danışıb:
“”Hizbullah” və HƏMAS arasındakı əlaqələr ən yüksək səviyyədədir. Aruri və Nəsrullahın ümumi məsələləri müzakirə etmək üçün qırmızı xətti var. Suriya müharibəsinin sona çatması ilə tərəflər yanlış anlaşmaları bir kənara qoydular. “Hizbullah” və İran İslam Respublikası Fələstin müqavimətini dəstəkləmək üçün İsrailə qarşı mübarizə mövzusunda prioritetlərini vurğuladı. Bu o deməkdir ki, bütün imkanlar müqavimət üçün səfərbər olunur.”
Saleh Arurinin Qətəri tərk etməsindən sonra Livanın paytaxtı Beyruta getdiyini qeyd edən edən “Al Monitor”, HƏMAS-ın silahlı qanadı “İzəddin əl-Qəssam Briqadaları”nın “Hizbullah”-la əlaqələrin düzəldilməsində əhəmiyyətli rol oynadığını iddia etdi. “İzəddin əl-Qəssam Briqadaları”nın oynadığı rol aşağıdakı ifadələrlə izah edilib:
“Son altı il ərzində İran və “Hizbullah” prioritetlərini mövcudluq mübarizəsi olaraq gördükləri Suriya, daha sonra İraqla dəyişdilər. HƏMAS-la Suriyada hökümətinə münasibət barədə qütbləşmə var idi. Bu, “İslam Cihad” kimi digər müttəfiq hərəkatlara verilmiş bütün dəstəyi dayandırmaq demək deyildi. Lakin, bu dəstək HƏMAS-ın hərbi qanadı “İzəddin əl-Qəssam Briqadaları” vəziyyətində olduğu kimi məhdud idi. Bu təşkilat daha sonra iki tərəf arasındakı boşluğu doldurmaqda rol oynadı. “İzəddin əl-Qəssam Briqadaları” HƏMAS rəhbərliyinin dəyişməsi üçün lobbiçilik edirdi və digər tərəfdən, İran mediasında anti-HƏMAS kampaniyasını dayandırmaq üçün İrana təzyiq göstərirdi.”
Məqalənin müəllifi Əli Haşim yazısının irəliləyən hissələrində isə “Hizbullah” lideri Seyid Həsən Nəsrullahın yeni müqaviməti planladığını vurğulayaraq “Müqavimət Suriyada müharibənin bitməsiylə birlikdə İsrailin “Hizbullah”-a müharibə elan edəcəyini qarşısına məqsəd qoyur. Nəsrullah müxtəlif vəziyyətlərin nəticəsində bu dəfə fərqli bir meydan oxuma yolu istəyir. Nəsrullahın planı Suriyada terrorçularla mübarizə aparan bütün qrupları bu müharibəyə səfərbər etməkdir. Bunun mənası budur ki, suriyalı, iraqlı, əfqan və pakistanlı döyüşçülərin ehtimal olunan döyüşə qatılmasıdır” , – deyə yazıb.
“Hizbullah” baş katibi Seyid Həsən Nəsrullah Trampın Qüds qərarına reaksiya olaraq təşkil edilən mitinqdə İsrailə qarşı İntifadanı dəstəkləyəcəklərini bildirmiş və fələstinli qruplardan birləşmələrini tələb etmişdi.
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri komandanı general Qasım Süleymani də bənzər çağırışı təkrarlamış və fələstinli qruplar verdikləri açıqlamalarda birləşmə səylərinə sürət verəcəklərini elan etmişdilər.
277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP