Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

“Əsaibu əhlil-həq” hərəkatının baş katibi “Həşd-Şəbi” haqqında danışıb - Video

Hərəkatın baş katibi Şeyx Qeys Xəzəli, bir daha parlamentin “Həşd-Şabi” ilə bağlı təsdiqlədiyi qərarında icra olunmasını tələb edib.
O bu sözləri Nəcəf şəhərində keçirilən konfransda bəyan edib.
O öz sözlərində “Həşd-Şabi”-nin əməliyyat qrupunun siyasi qolundan ayrılmasını vurğulayaraq bildirib: “Könüllü xalq dəstələriylə bağlı qərar qəbul etmə haqqı mərkəzi dövlət və İraq parlamentinə aiddir. Biz belə düşünürük ki, hazırda İŞİD-dən sonrakı dövrdəyik və ölkəni abadlaşdırmaqla məşqul olmalıyıq. Parlamentin bu barədə qərarı çox mühümdür. İŞİD-lə mübarizə zamanı əlimizə silah alıb meydanlara atıldıq, bu gün də “Həşd-Şabi” qanunlarına əsasən, biz öz siyasi fəaliyyətlərimizə geri dönür və bu məsələni mərkəzi dövlət və İraq parlamentinə təhvil veririk.”
Bugünədək “Həşd-Şabi” ilə bağlı qəbul olunan heç bir qanun icra olunmadığını deyən Xəzəli bildirib: “Biz belə düşünürük ki, etiraz etmək xalqın danılmaz hüququdur. Biz silahdan və zorakılıqdan istifadə etmək, eləcə də etirazçıları həbs etməyin əleyhinəyik. Azadlıq və insan haqlarına zidd olan bu məsələləri tənqid edirik. İraq qanununlarının bu məsələləri qınadığı kimi, biz də qınayırıq.”
Kürdüstan məsələsinə də toxunan Xəzəli bildirib: “Kürdüstanda olan xalq etirazları bir çox məsələləri üzə çıxardı. Onlardan biri, Ərbil dövlətinin xalqa qarşı zorakılıq tətbiq etməsiylə, azadlıq və demokratiya iddialarının yalan olmasıdır. Həmçinin bu etirazlar, Kürdüstan xalqının necə çətin şəraitdə olduğunu göstərdi. Bu səbəbdən biz iraqlı olaraq həmvətənlilərimizin yanında olmağı öz borcumuz bilir və onlara qarşı zorakılıqların baş verməsinə mane olacağıq. Biz bu məsələni öz beynəlxalq vəzifəmiz də hesab edirik.”


284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP