Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

“Körfəz böhranı düyünə çevrilməmiş həll edin”

Küveytdə aralarında alim, diplomat və siyasətçilərin də olduğu bir qrup imzaladıqları birgə bəyanatla körfəz ölkələri liderlərini böhrana xitam verməyə çağırıb.
“Körfəz böhranı və təsirləri barədə çağırış” başlıqlı bəyanata 53 alim, diplomat, siyasətçi, media mənsubu və iş adamı imza atıb. Körfəz böhranının davam etməsinin onu həll edilməyən bir düyünə çevirəcəyi xəbərdarlığı edilən bəyanatda körfəz ölkələri liderləri, tərəflər arasında münaqişəni nizamlamağa və böhranı həll etməyə dəvət edilib.
Bəyanatda “Böhranın davam etməsi kimsə tərəfindən dayandırılmayacaq bir partlayışa səbəb olacaq. Bu vəziyyət region ölkələri arasında gərginliyin artmasını arzu edən regional və beynəlxalq qruplar üçün fürsət yaradır”, – sözləri yer alıb.
Böhranın, həmçinin regional və beynəlxalq şərtlər altında Körfəz Əməkdaşlıq Şurasına və xalqların maraqlarına mənfi təsirindən narahatlıq duyulduğu vurğulanıb.
Çəkişmədə olan ölkələrin hökumət və liderlərinə regionu “hikmətləri” ilə böhranın dərinləşməsi təhlükəsindən kənarlaşdırmaq çağırışı edilən bəyanatda bu ölkələrdən Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın ortaq məxrəcə gəlmə təşəbbüsünü həyata keçirmələri tələb olunub.
Xatırladaq ki, eyni qrup sentyabr ayında yenə körfəz böhranının həll edilməsi üçün müraciət etmişdi.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir rəhbərliklərinin 5 iyunda Qətər ilə bütün diplomatik əlaqələrini kəsmələri körfəz regionunda böhrana yol açmışdı. Küveyt isə böhranda vasitəçi rol oynamışdı.
213 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP