Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

ABŞ İŞİD-in yerinə hansı terrorçuları hazırlayır?

İŞİD terror ruplaşmasını bəhanə edərək, PKK-nın Suriyadakı qolu PYD ilə Suriyanın üçdə birini işğal edən ABŞ regionda 2014-cü ildən bəri dördüncü terror təşkilatını yaradıb.
Eastnewsun verdiyi xəbərə görə, “Yeni Suriya Ordusu” (“Ceyş əl-Suriya əl-Cədid”) adlandırılan təşkilat üçün Hasəkə və Deyr əz-Zorda üç terrorçu düşərgəsi yaradılıb. 2500 PKK-lı terrorçu yeni təşkilata üzv olub. “Ceyş əl-Suriya əl-Cədid” bundan əvvəl yaradılan “Suriya Demokratik Qüvvələri“ni əvəzləyəcək. Yeni terror təşkilatının loqosu, geyimləri, ABŞ-ın İŞİD-ə qarşı mübarizədəki xüsusi nümayəndəsi Brett Makqark tərəfindən təsdiq olunub.
Yaxın zamanda rəsmi tanıdılacaq olan terror təşkilatının ərəb tayfalardan ibarət olduğu istiqamətində təbliğat aparacaq.
Terrorçu qruplaşmaya bütün silah və sursat ABŞ tərəfindən veriləcək. “Yeni Suriya Ordusu” (“Ceyş əl-Suriya əl-Cədid”)qruplaşmasına komandir olaraq Muhanəd Təlaa təyin olunub. Pentaqon yeni terror təşkilatı üçün Hasəkə və Deyr əz-Zorda təlim və logistika qərargahları təsis edib.
315 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP