Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

Hizbullah və Suriya ordusunun irəliləməsinə İsrail narahatdır

Suriyanın ordu qüvvələri Suriya, İsrail rejimi və Livan üçbucağında olan terrorçuların ən son mövqelərinə doğru hərəkət edir.
Deyerler xəbər verir ki, Suriya ordusu Hizbullah qüvvələrinin dəstəyi ilə Qolan bölgəsində terrorçuların yerləşdikləri ən son bölgəyə doğru əməliyyata başlayaraq, bölgədəki terrorçuların mövqelərinə havadan və artilleriyadan zərbələr endirib.
Suriya ordusu və Hizbullahın Qolan ilə sərhəddə Nusra Cəbhəsinin əlində olan Mehar Əl-Mir kəndində nəzarəti ələ keçirməsi, İsrail rejimində narahatlıq yaradıb.
İsrail rejiminin kəşfiyyatına yaxınlığı ilə tanınan Debka saytının xəbərinə görə, Suriya ordusu və Hizbullah qüvvələri bu uğuru ilə İsrail rejiminin qüvvələrinin işğalı altındakı Qolanın Hermon mövqelərinə 4 kilometr məsafəyə qədər çatıblar.
Kəndin əvvəllər Nusra Cəbhəsi və müttəfiqlərinin qurduğu Heyəti Təhrir Əş-Şam terror təşkilatının nəzarətində olduğunu qeyd edən sayt, kəndin Suriya ordusu və Hizbullah qüvvələri tərəfindən azad olunmasının İsrail rejimi üçün ciddi geriləmə olduğunu bildirib.
Xatırladaq ki, Qolan sərhədinin ətrafı Nusra Cəbhəsinin güclü nəzarət etdiyi bölgələrdir. Bu bölgədəki silahlı qruplar İsrail rejimi tərəfindən dəstəklənirlər. Yaralanan yaraqlılar da İsrail rejimində müalicə olunur.
Debka saytı İsrail rejiminin Hizbullahın sərhədə yaxınlaşmasına icazə verməyəcəyinə dair dəfələrlə xəbərdarlıq etdiyini qeyd edərək, belə tənqid etdi: “İsrail ordusu Mehar Əl-Mir kəndini xilas etmək üçün heçnə etmədi”.
271 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP