Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

Rusiya Əfqanıstana hərbi müdaxilə edə bilər

Uzun müddət öncə Rusiya, İŞİD-in Əfqanıstanda, xüsusən şimal bölgələrdə fəaliyyətiylə bağlı nigaran olduğunu dilə gətirmişdi.
Bu xəbərdə Rusiyanın Əfqanıstan məsələləriylə bağlı Amerika ilə həmkarlıq etməsi yer alıb. Bundan əlavə bildirilib ki, Rusiyanın Əfqanıstanda olan nümayəndəsi Zamir Kabulov bildirib: “Rusiya, ABŞ xarici işlər nazirinin müavini ilə öz əlaqəsini qoruyacaqdır.”
Bir halda ki, Əfqanıstan mediaları “RT” saytına istinadən Zamir Kabulovun belə dediyini bildiriblər: “İŞİD qüvvələri İraq və Suriyadan Əfqanıstana qaçırlar və hal hazırda 10 mindən çox İŞİD-çi bu ölkədə mövcuddur.”
İŞİD qüvvələrinin Əfqanıstanın şimalında artmasını göstərən bu statistika ilk dəfə olaraq Rusiya tərəfindən təqdim olunub. Bu hal, məsələnin həssas olduğundan və Əfqanıstan dövlətinin səhlənkarlığından xəbər verir. Çünki əgər məsuliyyət hissi olsa niyə bu rəqəm bugünədək dövlət rəsmilərindən vəya NATO tərəfindən elan olunmayıb?
Bu gün vəzifəsi yalnız tənqidçiləri aradan aparmaq olan dövlət!
Kabulov sözlərinin davamında İŞİD qüvvələrinin Əfqanıstanın şimalında, xüsusən Tacikistan və Türkmənistan sərhədlərində yer almasından narahat olduğunu deyərək bildirib: “İŞİD-in hədəfi Əfqanıstandan xaricə nüfuz etməkdir və bu məsələ Mərkəzi Asiya və Rusiyanın cənub hissəsini təhdidlə üzləşdirir.”
Kabulovun sözlərində diqqət olunası məqam, İŞİD qüvvələrinin sayı barədə ABŞ-la ciddi fərqə sahib olmasıdır. ABŞ tərəfindən elan olunan statistikaya əsasən, Əfqanıstanda 300 İŞİD qüvvəsi mövcuddur. Lakin görünən budur ki, Kabulovun hesabatı daha həqiqətə uyğundur.
Növbəti məsələ budur ki, Kabulovun sözlərinə görə, Əfqanıstan dövləti İŞİD-in şimalda olan fəaliyyətlərindən xəbərdardır. O bu barədə bildirib: “Rusiya bu barədə Əfqanıstan dövlətinə dəfələrlə xəbərdarlıq edib. Bizim gözləntimiz budur ki, Əfqanıstan dövləti bu məsələyə biganə yanaşmasın. Çünki Maskva onların Mərkəzi Asiyaya nüfuz etməsindən narahatdır. Əgər rəsmi Kabul bu məsələyə biganə yanaşar və xairicilər də əllərini əllərinin üstünə qoyub, sakit qalarsa Moskva hərbi əməliyyata əl atacaqdır.”
Rusiya nəhayət ki, İŞİD qüvvələrinin şübhəli vertolyotlarla Əfqanıstanın şimalına köçürülməsini və bu barədə ABŞ-la həmkarlıq etməyə hazır olduğunu elan etməsindən və, terrorçuların kökünü kəsdikdən sonra hərbi əməliyyatdan söz açır.
İndi baxmaq lazımdır ki, rusiyalı nümayəndələrin bu sözlərindən sonra Şərq, NATO və ABŞ hansı reaksiyanı verəcək.
81 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?