Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

Diktator Hüsnü Mübarək hardadır?

İngilislər, Misirin eks diktatoru Hüsnü Mübarəkin prezidentlik müavini olaraq məqamını qorumağa çalışdılar ki, Ənvər Sadatdan sonra meydana atılsın və bununla da İngiltərə Misirlə aralarında olan silahlı ticarəti qoruya bilsin.
BBC-nin ərəb bölməsinin verdiyi məlumata görə, yayılmış yeni sənədlərə əsasən ingilislərin Mübarəklə bağlı fikirləri bu idi ki, Mübarək prezident seçilərsə onlara sadiq qalacaq və postundan onların xeyrinə istifadə edəcəkdir.
Bu sənədlərə əsasən, Hüsnü Mübarək 16 aprel 1975-ci ildə prezidentin müavini seçilməsindən sonra ingilislərin ona diqqəti daha da artdı.
Mübarək 1981-ci ilin oktyabr ayının 14-ü, Ənvər Sadatın terrora uğramasından 1 həftə sonra prezidet olaraq seçildi.
BBC-nin verdiyi xəbərə əsasən, Mübarəkin Misirin hava qüvvələrinin silah satışı siyasətinə bir başa təsiri olmasa da, hava qüvvələrinin silahlarına təsirli idi və hərbi sahədə olan köhnə dostları ilə əlaqələrini qoruyurdu.
BBC-nin məlumatlarına əsasən, Mübarəkin Misir ordusu ilə əlaqəsi 1973-cü ildə hava qüvvələrinin eks komandiri olmasından qaynaqlanır. Bu sənədlərdə İngiltərə dövlətinin Mübarəki rəsmi olaraq hava sənayesi sərgisinə dəvət etdiyi də yer alıb.
İngiltərə xarici işlər nazirliyi o zamanlar verdiyi mesajda bildirmişdi ki, Mübarəkin səfərindən 2 məqsədləri var. Biri sərgini izləməsi, digəri isə ona daha da yaxınlaşmaqdır. Onun, Ənvər Sadatdan sonra prezident olaraq seçilməsinə ciddi şübhələr mövcuddur və biz buna diqqətlə yanaşmalıyıq.
İngiltərəlilərin sənədlərinə əsasən, Mübarəkin döyüş filmlərinə çox məhəbbəti var idi.
O 1983-cü ildə “Guardian”-a verdiyi açıqlamasında bunu etiraf edərək, İngiltərə və Amerika filmlərini izlədiyini bildirib.
Mübarək prezident olaraq seçilməsindən 4 ay sonra İngiltərəyə səfər etdi. İngiltərənin baş naziri Marqarit Taçer onun barəsində daha çox məlumat əldə etmək istədiyini bildirdi.
İngiltərənin Qahirədəki səfirliyinin hesabatına əsasən, Taçer silah satışı məsələsini irəli sürdü.
Hesabatda bildirilir ki, Mübarəkin səfərindən istifadə olunası mövzular bunlardır: “Dəniz, hava müdafiəsi, tank, topxana, əlaqələrinə nəzarət olunması”.
410 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP