Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

Kürdüstan İraqın bir hissəsidir və problemlər konstitusiya çərçivəsində həll edilsin

İraq Kürdüstan Regional Hökumətinin dövlət kabinetini tərk etmiş İslam Camaatı Partiyası İraq-Kürdüstan siyasi məsələlərinə münasibət bildirib. Partiyanın sözçüsü deyib ki, biz indiki hökumətin ləğv edilməsini və seçkilərə qədər keçid hökuməti yaradılmasını istəmişik.
Ribar Həməd vurğulayıb: “Kürdüstan Regional Hökuməti bütün işlərində məğlubiyyətə uğrayıb və belə bir durumda hökumətin problemlərini həll etmək üçün keçid hökumətinin yaradılması zəruridir.”
Ərbil-Bağdad müzakirələrinin baş tutacağının mümkünlüyünə toxunan partiya nümayəndəsi bildirib ki, regional hökumətin mərkəzi dövlətlə probleminin həlli yalnız danışıqlar yolu ilə olmalıdır, amma təəssüf olsun ki, indiyə kimi bu müzakirələrin baş tutması üçün Kürdüstanda şərait yaranmamışdır. Ona görə də biz keçid hökuməti yaradılmasının tərəfdarıyıq və Kürdüstan əhalisi regional hökumətin Bağdadla siyasi probleminin qurbanına çevrilməməlidir.
İslam Camaatı Partiyasının sözçüsü parlament nümayəndələrindən birinin iki hakim partiyanın nüfuzu altındakı ərazilərdə Ərbil və Süleymaniyyə olmaqla Kürdüstanda iki hökumətin yaradılması təklifinə qarşı çıxaraq deyib: “Kürdüstan Regional Hökumətinin qurulması İraq konstitusiyasında tərif edildiyi kimi qalmalıdır”.
249 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
17.06.18, 10:34
Borc
Go to TOP