Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

İran işğal edilmiş Fələstin sərhədlərinə çox yaxınlaşıb

Sionist rejim rəsmilərinin İranın Suriya ərazisindən onlara hücum edəcəyi barədə sensasiya yaratmağa təlaşlarının ardınca bu rejimə aid “Arutz Sheva” saytı yazı dərc edərək iddia edib ki, İran Suriyada Qolan yüksəklikləri ilə İraq ərazisi və Aralıq dənizi arasında əlaqə körpüsü yaradıb.
Amerikanın yeni daxili təhlükəsizlik strategiyasına işarə edilən yazıda deyilir: “İran vasitə qüvvələri şəbəkəsi yolu ilə Suriyanın Qolan təpələrində öz iştirakını möhkəmləndirməyə davam edir. Bununla yanaşı Suriyanın cənubunda da əhəmiyyətli mövqelər əldə etmişdir. Bu məsələ İsrailin Suriya böhranına müdaxiləsinə səbəb ola bilər.”
Sayt öz təhlilinin davamında İranın Qolan təpələrində iştirak üçün təlaşlarını artırmasını və işğal edilmiş Fələstin ərazilərinə daha da yaxınlaşdığını iddia edərək yazıb: “İran noyabr ayının ortalarında İraq sərhədi-Suriyanın Qolan yüksəklikləri-Aralıq dənizi arasında əlaqə körpüsü yaratdı (İraq qüvvələrinin Suriya ilə sərhəd ərazilərində nəzarəti ələ keçirməsi). İran İsraillə hər hansı mümkün müharibə məqsədilə idarəolunan raketlər və digər hədəfvuran silahlar istehsal etmək üçün Suriya və Livanda zavodlar tikir.”
“Wall Street Jurnal” son vaxtlar dərc etdiyi bir yazıda qeyd edib: “Hal-hazırda Suriyada İranın nəzarətində olan 125 min qüvvə vardır. Onların sayı hətta Suriya ordu qüvvələrinin sayından da çoxdur. Bu qüvvələr SEPAH-ın Qüds Briqadasının komandanı general Qasim Süleymaninin tabeliyindədir.”
Bundan əlavə, 9 dekabrda Əsaibu Əhli Əl-Həqq qüvvələrinin komandiri Şeyx Qeys Xəzəli Suriyanın Qolan təpələri sərhədində, İsrailin Mətlə şəhərinin ən şimal nöqtəsi olan Dərvazeyi-Fatimə yaxınlığında görüntüləndi. Şeyx Qeys Xəzəli bu məntəqədə bəyanat verərək dedi: “Mən Hizbullah və İslam müqavimətindən olan qardaşlarımla bura gəlmişik ki, sionist işğalçıları ilə mübarizə üçün Livan xalqı və Fələstinin ideyalarının yanında olduğumuzu və bunun üçün həmişə hazır olduğumuzu elan edək.”
“Arutz Sheva” saytı daha sonra “Reuters”-ə istinadən deyib ki, İranın dəstək verdiyi qüvvələr işğal edilmiş Fələstin sərhədlərinə doğru irəliləyir və Suriya ordusu İrana bağlı qüvvələrlə birgə Suriya müxalifətinin nəzarətində olan ərazilərə tərəf nəzərəçarpacaq həddə irəliləyib.
Suriya müqavimət qüvvələri güclü hava dəstəyi ilə son günlər ölkənin şərqində və Beytcin məntəqəsində müxalifətin nəzarətində olan ərazilərə tərəf irəliləyə bilib.
296 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
17.06.18, 10:34
Borc
Go to TOP