Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

FİFA Tofiq Bəhramovu səhv çıxartdı

FİFA dünya futbolunda bu günə qədər görülmüş 11 ən mühüm hakim xətalarını yayıb.
Siyahıda birinci yeri 1966-cı il iyunun 30-da Dünya Çempionatında İngiltərə və Almaniya arasında oynanılan final matçıdır. Bu oyun zamanı baş hakim isveçrəli Geoff Hurstla yan xətt hakimi Tofiq Bəhramovun topun qapı xəttini keçməsi barədə qərarını FİFA səhv kimi qəbul edir.
2. 2010-cu il Dünya Çempionatının 1/8 final mərhələsində oynanan Almanya-İngiltərə matçı zamanı Fenak Lampardın zərbəsindən sonra top tora daxil olsa da hakimlər qolu qeydə almayıb.
3. 1968-ci ildə Dünya Çempionatının yarımfinalında Argentina-İngiltərə matçında Maradonanın əllə vurduğu top qeydə alınır. Oyundan sonra Maradona topa toxunan əlini “Tanrının əli” kimi xarakterizə etmişdi.
4. 1994-cü ildə Bayern Münhen ilə Nürnberq arasında oyun zamanı bavariyalı Tomas Helmerin vurduğu top dirəyin yanından auta çıxsa da hakimlər qolu qeydə alır. Nürnberqin şikayətindən sonra oyun yenidən keçirilb.
5. 2002-ci il Dünya Çempionatının 1/8 final mərhələsində İtaliya ilə Cənubi Koreya arasında oyunda hakim italyanların qolunu qeydə almamaqla yanaşı qərəzli şəkildə Françesko Tottini də meydandan qovub.
6. Belçika Liqasında Anderlext-La Louviere matçında “Anderlext”li Bessigonun zərbəsindən sonra top havada partlayaraq tora daxil oldu və hakimlər bunu qol kimi saydılar.
7. Almaniya Liqasında Hoffenhaym və Bayern Leverkusen matçında Kisslinqin baş zərbəsinddən sonra top tora yandakı dəlikdən daxil olsa da hakimlər bunu qol kimi qeydə alıblar.
8. 2007-ci ildə Çempionlar Liqasında Mançester Yunayted Lill oyunu zamanı hakim qırmızı şeytanların lehinə cərimə zərbəsi təyin edir. Lilin qapıçısı canli səddi düzərkən Giqz qəfil qapıya zərbə vurur və hakim də bunu qol sayır.
9. 2011-ci ilidə Asiya Çempionlar Liqasında Əl Saad ilə Suvonun oyununda zədəli futbolçu yerdə qalsa da rəqib qol vurur və hakim bunu qeydə alır.
10. Bu mövsüm oynanan Şalke-Bazel matçı zamanı şalkeli 4 futbolçu ofsayd da olsa da hakim qolu sayıb.
11- 2009-cu ildə Dünya Çempionatının play-off mərhələsində fransız Tyerri Anri əllə qol vursa da hakimlər bunu nəzərdən qaçırtdı.
1533 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı