Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

Türkiyədə 8 azərbaycanlı tələbə həbs edildi - Foto

Türkiyədə 8 azərbaycanlı tələbə həbs edilib.

Entə.nyus saytının Türkiyədəki əməkdaşı Umud Əzizxanlının verdiyi məlumata görə, Kastamonu Dövlət Universitetində oxuyan 8 azərbaycanlı tələbə həbs edilib. Kastamonu polis idarəsindən Enter.News-a verilən məlumata görə, həmin azərbaycanlılar universitetin birinci kurs tələbələrindən zor gücünə və təhdid etməklə pul və müxtəlif qiymətli əşyalar aldıqları üçün həbs ediliblər.

Polis idarəsi həmin həbs edilən azərbaycanlı tələbələrin bir neçəsinin ad və soyadlarının baş hərflərini E.E, F.A, N.A, R.A, M.Y. S.R kimi olduğunu bildirib. Hətta sonuncu dəfə quldurluqla məşğul olan həmin azərbaycanlılar tələbələrdən birinin barmaqlarını da sındırıblar. Polisin apardığı axtarış zamanı onlardan qandal, beysbol taxtası, bıçaq və şok cihazı götürülüb.

Artıq həmin 8 azərbaycanlı haqqında prokurorluq tərəfindən cinayət işi başlanıb.
269 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP