Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Dekabr 2017

“Azərbaycanda minimum əmək haqqı Əfqanıstandakı qədərdir”

Azərbaycanda minimum əmək haqqı 14 manat artırılaraq, 130 manat müəyyən edilib. Bununla bağlı dekabrın 25-də İlham Əliyev sərəncam imzalayıb.

İqtisadçı Zöhrab İsmayılən fikrincə, son 10 ildə 132 milyard dollar neft gəliri olan bir ölkədə minimum əmək haqqının 130 manat – 76 dollar olması biabırçılıqdır:

“Azərbaycanda minimum əmək haqqı Əfqanıstandakı qədərdir. Müharibədən çıxmış, aclıq içində olan, vətəndaş müharibəsi gedən, heç bir təbii sərvəti olmayan Əfqanıstanla Azərbaycanda minimum əmək haqqı eynidir. Bu böyük bir faciədir. O biri yandan Kanadanı götürək. Orada 1 saat iş 11 dollardır. Yəni, bir kanadalı cəmi 8 saat işləyir və Azərbaycandakı bir aylıq minimum əmək haqqını alır”.
458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP