Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

İraq Kürdüstanında beynəlxalq uçuş qadağasının müddəti daha 2 ay uzadılıb

İraq hökuməti Kürd Muxtariyyətinə tətbiq etdiyi beynəlxalq uçuş qadağasının müddətini daha 2 ay uzadıb.

Bu barədə Ərbil Beynəlxalq Hava Limanının Tvitter hesabında bildirilib. Qadağa 28 fevrala qədər qüvvədə olacaq.

Açıqlamada daxili, diplomatik, hərbi, humanitar yardım uçuşlarına icazə veriləcəyi bildirilib.

Xatırladaq ki, İraq mərkəzi hökuməti 25 sentyabrda İraq Kürd Muxtariyyətinin qanunsuz olaraq müstəqillik referendumuna getdiyini əsas gətirərək, Ərbil administrasiyasına qarşı bir sıra sanksiyalar tətbiq etmişdi. Onların arasında beynəlxalq uçuşlara qadağa da var idi.
309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP