Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

“Tək çıxış yolu Rusiya ilə birləşməkdir” - Ukrayna vətəndaşı

Ukraynanın Krivoy Roq şəhərinin sakinlərindən biri “NewsOne” telekanalının canlı efirinə qoşularaq qeyri-adi təkliflə çıxış edib.

Lyudmila Qriqori 1991-ci il müstəqillik referendumunun nəticələrini ləğv etməyi və Rusiya ilə birləşməyi təklif edib.

Onun fikrincə, bu, Donbasda müharibənin dayandırılması üçün tək şansdır. Ukraynalının sözlərinə görə, müstəqilliyin əldə edilməsindən 26 il keçib və bu müddətdə ölkə heç nəyə nail ola bilməyib. Lyudmila Qriqori əlavə edib ki, qərb sosioloqlarının tədqiqatlarına əsasən, Ukrayna dünyanın ən kasıb ölkələrindən biridir, həmçinin korrupsiya və terror aktlarının sayına görə, ön sıralardadır.

O, qeyd edib ki, sakinlər müharibənin inkişafından qorxurlar, onun bütün ölkəni əhatə edəcəyindən ehtiyat edirlər.

“Burada yalnız bir çıxış yolu var: Rusiya ilə yenidən birləşmək”, - o bildirib.
74 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 17:38
Ərəbista