Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

Ayətullah Xamenei: Cinayətkar ABŞ və onlarla əlbir olanlar yerdə sürünəcəklər

“Reyqan bu fərddən (Tramp) də hiyləgər, ağıllı və güclü idi. O İran xalqı əleyhinə əməli addımlar atırdı. Hətta mülki təyyarəmizi vurdu. Amma indi ilahi əzab qarşısında cəza alır. İran isə artmış gücü ilə inkişafa davam edir. Bu yol Trampın dövründə də davam edəcək.”
İslaminSesi.info xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Xamenei “İslami Təbliğat Koordinasiyası Şurası”nın üvzlərini qəbul edərkən deyib.
Ayətullah Xamenei burada çıxışı əsnasında İran-ABŞ münasibətlərinin Tramp dövrünə toxunub və gələcəkdə bu münasibətlərin hansı vəziyyətdə olacağını açıqlayıb.
Ayətullah Xamenei ABŞ-ın sabiq prezidentlərinin İranla düşmənçilik siyasətlərindən bir neçəsini qeyd edərək, İranın hələ də ayaq üstə olduğunu deyib və Tramp dövrünün düşmənçiliklərinin də faydasız və nəticəsiz qalacağını vurğulayıb.
“İran İslam Respublikası artıq 40 ildir ki mübarək həyatını davam edir. Onlar düşmənçilik etsələr belə davam edir. Bu mərhələdə cinayətkar Amerika və onlarla əlbir olanlar yerdə sürünəcəklər… Onların faliyyətinin nəticəsiz qalması Amerikanın hazırki prezidentinin dövründə də davam edəcək və İran İslam Respublikasını zəiflədə bilməmək və meydandan çıxara bilməmək dağı onları yandırıb yaxacaq,” deyə Ayətullah Xamenei İran-ABŞ münasibətlərinin Tramp dövrü haqda mühüm diaqnoz verib.
82 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
17.01.18, 18:03</