Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

İraq hökuməti kürdlərə tələb irəli sürdü

İraqın baş naziri Heydər İbadi Ərbil rəhbərliyinə danışıqlardan əvvəl Bağdadın tələbləri olan siyahı göndərib.

İraq Baş Nazirlik ofisindən bu barədə bildirilib.
Vurğulanıb ki, İraq hökuməti BMT nəzarətində Ərbil rəhbərliyi ilə istənilən danışığa hazırdır.

İraq hökumətinin tələbləri aşağıdakı kimidir:
1) Referendum təxirə salınmalı, tamamilə və rəsmi şəkildə ləğv edilməlidir
2) Bütün sərhəd qapıları və hava limanları federal hökumətə verilməlidir
3) Kürd Regional Rəhbərliyinin əlində olan bütün neft və qeyri-nəft gəliləri Bağdad hökumətinə təhvil verilməlidir
4) Kürd Regional Rəhbərliyi İraq mühakimə sistemi tərəfindən axtarışda olan şəxslərin hamısı Bağdad rəhbərliyinə təhvil verilməlidir
5) Kürd Regional Rəhbərliyinin sərhədləri 2003-cü ildən əvvəlki xəttə çəkilməlidir
6) Peşmərgə İraq Müdafiə Nazirliyi tabeçiliyinə keçməlidir
7) Mərkəzi Bağdad hökumətinin haqqında araşdırma apardığı şəxsləri Ərbil hökuməti sığınacaq verməməlidir
8) Federal rəhbərliyin razılığı olmadan Kürd Regional Rəhbərliyinin ziyarət reallaşdırmamalıdır
9) Bağdad xəttindən əlavə heç bir beynəlxalq qonaq Ərbil tərəfindən qarşılanmamalıdır
312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.10.18, 09:29
12 İŞİD-çi məhv edildi
Go to TOP