Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

Yəmənin Hədidə limanının açılması təbliğat xarakterlidir

Yəmənli fəallar Hədidə limanının müvəqqəti olaraq açılmasının səudiyyəlilərin təbliğat xarakterli təşəbbüsü olduğunu bildirirlər.
PressTv-nin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalissiya ölkələri üçün Yəməndəki insani faciənin heç bir önəmi yoxdur və Hədidə limanının yenidən açılması sadəcə beynəlxalq təzyiqlərə cavab olub.
Yəmənin dəniz işləri nazirinin müavini Xalid Ənnimr deyib: Səudiyyə Ərəbistanı noyabrın 6-dan Hədidə limanına heç bir gəminin daxil olmasına imkan verməyib və sadəcə yanacaq daşıyan iki gəmi bu limana daxil olub və bu da Yəmənə qarşı qeyri-qanuni mühasirə əleyhinə beynəlxalq təzyiqlərin nəticəsidir.
Yəməndə hüquq müdafiə qrumları deyirlər ki, Səudiyyə Ərəbistanının Yəmənə qarşı mühasirəsi Yəməndə insani faciəni gücləndirib. Yəməndə 7 milyon insan qitlıqla üz-üzədir və bu ölkədə 900 min nəfər vəba xəstəliyinə yoluxub.
Hüquq müdafiəçisi Abdullah Şəban deyir: Səudiyyə tərəfindən mühasirəyə son qoyulması Ərrəyad tərəfindən sadəcə təbliğat xarakterli hərəkətdir . İndiyədək Birləşmiş Millətlər Təşkilatının humanitar yardım daşıyan təyyarələrindən çox məhdud sayda Yəmənə enib və bunların fəaliyyəti əhalinin ehtiyaclarının 10 faizini belə təmin etməyib. . 90 min yəmənli müalicə üçün ölkəni tərk etməlidir, Hələ Yəmənin daxilində qalıblar və çıxa bilmirlər. Hər 10 dəqiqədə qarşısı alına biləcək xəstəliklər üzündən bir yəmənli uşaq həyatını itiriri.
UNICEF-in verdiyi hesabata görə 2016-cı ildə Yəməndə ən azı 240 uşaq öldürülüb. Dərhal tədbirlər həyata keçirilməzsə Yəməndə uşaqların ölüm halları artacaq, çünki ərzaq və dərman çatışmır.
82 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi