Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

İslamda təbliğ qərb propaqandasına tam əks hadisədir...

Cənab Rəhbər Ayətullah Xamenei İslam Təbliğatı Koordinasiya Şurası üzvləri ilə görüşdə buyurub:

İslamda təbliğ ilahi mesajı xalqın dərki üçün sədaqətlə, səmimi, məsuliyyətlə, əmanətdarlıqla ictimai fikrə çatdırmaq mənasınadır. Belə ki, xalq məsuliyyət hissi ilə uca bir məqsədə doğru sövq edilsin, hərəkət etsin.
İslamda təbliğ qərb propoqandasına tam əks hadisədir, pul və iqtidara çatmaq üçün deyil. İslam təbliğatında ictimai fikri azdırmaq, yalan, oyunbazlığa icazə yoxdur.
Bu gün düşmənin ideoloji, rəvan müharibədə əsas məqsədi İran xalqının inam və ümidini qırmaqdır. Bəzilərinin ideoloji, iqtisadi, mədəni müharibə sözlərindən xoşları gəlmir, deyirlər sülhdən danışmaq lazımdır. Hansı ki, düşmənin İran xalqı ilə müxtəlif sahələrdə müharibə aparması bir reallıqdır.
İslam İnqilabı ötən 40 ildə dünyaya hakim güclərin yanlış düsturunu dəyişdi, göstərdi ki, bir xalq imperialist, istismarçı olmaya və zora baş əyməyə bilər!
İnternetdə əsassız statistikalar, yalan iddialar yaymaqla xalqın, xüsusilə gənclərin inanılmış şəxsiyyətlərə, inqilabın uğurlarına etimadını qırmaq istəyirlər. Ölkə daxilində təqvasız adamlar haqsız olaraq şəxsləri, təşkilatları ittiham edir. Belələri siyasətlərini diniləşdirmək əvəzinə, çirkin məqsədlərinə çatmaq üçün dinlərini siyasətbazlıqla yan-yana qoyublar.

Vilayet.info
79 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.01.18, 16:39
Ordumuz şəhid verdi
17.01.18, 18:03