Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

“İngiltərəli 300 İŞİD terrorçusu Türkiyədə gizlənib”

İngilitərənin "Times" qəzeti İŞİD-ə qoşulan 300-ə yaxın ingiltərəli terrorçunun İŞİD-in Suriya və İraqda uğradığı məğlubiyyətdən sonra Türkiyədə gizləndiyi iddia olunub.
Eastnewsun verdiyi xəbərə görə, “Times” qəzetinin əsas səhifəsində yer verdiyi xəbərə əsasən, Suriyanın Raqqa şəhəri ilə İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunmasından sonra minlərlə terrorçu Türkiyəyə qaçıb. Bu terrorçulardan 300-ə yaxını ingiltərəlidir. İŞİD-ə qoşulan 850 İngiltərə vətəndaşının təxminən yarısı geri qayıdıb. Təşkilata qoşulanların 130-u isə öldürülüb.
Entoni Loyd, Maykl Evans və Fiona Hamilton imzası ilə yayımlanan xəbərdə Qərb ölkələrindəki kəşfiyyat təşkilatlarının İŞİD-in mümkün hücumlarından ehtiyat etdiyi qeyd olunub.
“Times” qəzetinə açıqlama verən Suriyada Qərb kəşfiyyat təşkilatlarına işləyən kəşfiyyatçı Civan Xəlil bildirib ki , nəzarət mərkəzləri və həbsxanalarda saxlanılan İŞİD-çilər arasında çox sayda Avropa vətəndaşı var, ingiltərəli terrorçuların böyük hissəsi isə bölgədən qaçıb.
293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP