Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

Cəbran Basil: “Qüdsdə baş verənlər ərəblərin susmasının nəticəsidir”

Livan xarici işlər naziri Cəbran Basil "Al-Mayadeen" televiziyasına verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın Qüds qərarıyla bağlı danışıb.
Eastnewsun verdiyi xəbərə görə, Livanın Səudiyyə Ərəbistanının və bütün ərəblərin dostu olduğunu qeyd edən Livan XİN başçısı verdiyi açıqlamada, “Əgər ərəb dünyası Fələstin məsələsində sükut etməsəydi, Donald Tramp ABŞ səfirliyini Qüdsə köçürmək barədə qərar verməyəcəkdi” , – deyə söyləyib.
Cəbran Basil müsahibəsində qeyd edib ki, Livanın baş naziri Səid Həriri ilə münasibətləri Səudiyyə Ərəbistanı böhranından sonra daha da güclənib:

“Biz “Hizbullah” partiyasına da xarici təzyiqlər olanda onların yanında olduq. Livan həmişə “Hizbullah”-a görə daim təzyiqə məruz qalıb“.
Suriyaya səfərinə də toxunan Livan XİN başçısı, “Nazir olduğum müddətdə Suriyaya səfər edəcəm. Terrorçuluğa qarşı mübarizədə Suriyanın yanındayıq və bu ölkəyə sülh və əmin-amanlıq arzulayırıq” , – deyə sözlərinə əlavə edib.
309 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP