Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

“Yəmən xalqı dözülməz halda”

Beynəlxalq Qırmızı Xaç Komitəsi min gündən artıq Səudiyyə rejiminin başçılıq etdiyi hərbi qüvvələrin amansız hücumlarına məruz qalan Yəmən xalqının dözülməz şəraiti ilə bağlı xəbərdarlıq edib.
Yəməndə insanların acınacaqlı vəziyyətə düşməsinə səbəb bu ölkənin davamlı olaraq mühasirədə saxlanması və ölkəyə olunan hücumlardır.
Beynəlxalq Qırmızı Xaç Komitəsi öz rəsmi Tvitter səhifəsinə “Yəmən aclıqdan ölüm ayağındadır. Hər 10 yəmənlidən 6 nəfəri yeməyə nəsə tapa bilmir” mesajını yazıb.
Qeyd edək ki, bir müddət öncə Ənsarullah lideri Seyid Əbdül Malik Husi Səudiyyə rejiminin Yəmənə 1000 günlük hərbi təcavüzü haqqındakı çıxışında bildirmişdi ki, mülki vətəndaşlar və infrastruktura hücumlar qəsdən törədilir. Amerika və sionist rejim Səudiyyəni dəstəkləyir.
O əlavə etmişdi ki, Səudiyyə Ərəbistanı bu cinayətləri Yəmən xalqının iradəsini qırmaq və yaşam ümidini sındırmaq üçün edir.
Xatırladaq ki, dəfələrlə Beynəlxalq yardım fondları Yəməndə dinc əhalinin aclıq, qıtlıq və xəstəliyə məruz qalması ilə bağlı xəbərdarlıqlara məhəl qoymur.Yalnız son iki həftə ərzində Yəmənin bombalanması nəticəində yüzlərlərlə dinc sakin öldürülüb və xəsarət alıb./maide/
427 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP