Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

Qüds - Fələstinin əbədi paytaxtı

Dünya ölkələri haqqın Fələstin xalqıyla olduğunu bilirlər. Bu məsələ səbəb olur ki, bugünkü kimi şəraitlə üzləşdikləri zaman bu xalqın tərəfini saxlasınlar. Müstəqil ölkəyə sahib olma hüququna malik olan bir xalq!
Nə ayaqqabısının dik dabanı ölkəsinin dərdinə dəydi, nə acı dili, nə də ədəbsiz təhdidləri. Hətta Qüdsə olan səfəri, Sionist rejiminə səbəbsiz vəfadarlığı və sonsuz müdafiəsi də Niki Heylinin arzularına çatmasına səbəb olmadı və Qüds heç vaxt İsrail rejiminin paytaxtı olmayacaq. Hətta əgər Donald Tramp bu barədə vədə versə də, öz sözlərini vəhy hesab etsə də, özünü dünyanın ən güclü prezidenti hesab etsə də!
Digər ölkələr barədə casusluğa və onları qul olaraq istifadə etməyə xərclənən ölkə sərvətləri və xəzinəsi də, Niki Heyli və sözlərinə aşiq olduğu prezidentinin dərdinə dəyməyəcək. Artıq, millətlər onların pulları önündə boyunlarını bükmür və qul olmurlar. Artıq, keçmiş borclar və investisiyaların olmasının da bir faydası yoxdur.
Bu gün həmin gündür ki, ABŞ və rəhbərləri kasıb və varlı, zəif və güclü, yaxın və uzaq, dost və düşmən, xristian və müsəlman olmasından asılı olmayaraq ölkələrdən sillə yedi və siyasətlərinin qəbul olunmaz olmadığını, digər ölkələrin də bu barədə onların aləti olmayacağını və zorbalıqları önündə susmayacaqlarını anladı. Əksinə, Amerikanın onların tələblərini icra etməsini və fikirlərinə uyğun olaraq addımlamasını istəyirlər. Çünki dünya ölkələri qoyun sürüsü deyillər ki, ABŞ-ın göstərişlərinə niyəsiz tabe olsunlar.
ABŞ yalnız BMT-də deyil, Təhlükəsizlik Şurasında da məğlub oldu və müttəfiqləri hesab olunan ölkələrin etirazları ilə qarşılaşdı. ABŞ-ı bir çox məsələlərdə müdafiə və siasyətlərini qəbul edən İngiltərə kimi ölkə, bütün bunlara baxmayaraq 13 ölkəylə bərabər ABŞ-la müxalif olduqlarını və Qüdslə bağlı hər növ dəyişikliyin baş verməsinin qadağan olduğunu bildirdi
Düzdür ki, ABŞ veto haqqından istifadə edərək, Təhlükəsizlik Şurasının bu layihəsinin önünü ala bildi. O zamana qədər ki, bu layihə BMT-yə, yəni ABŞ-a digər ölkələrdən fərqli münasibət bəslənməyən məkana çatdı. Burda idi ki, ABŞ bütün təhdid və zorbalıqlarına baxmayaraq, dünyanın kiçik və məzlum ölkələrinə məğlub oldu.
ABŞ-ın beynəlxalq arenada nisbi məğlubiyyətindən sonra, köhnə uca məqamına geri dönməsi çətin məsələdir. Xüsusən də ABŞ-ın , İsrail-Fələstin sülhündə vasitəçi olaraq qəbul olunması artıq çox çətin məsələdir. Çünki heç kim, Niki Heylinin “Trampın göstərişi sülhün xeyrinədir” ifadələrinə inanmadı.

Dünya ölkələri haqqın Fələstin xalqıyla olduğunu bilirlər. Bu məsələ səbəb olur ki, bugünkü kimi şəraitlə üzləşdikləri zaman bu xalqın tərəfini saxlasınlar. Müstəqil ölkəyə sahib olma hüququna malik olan bir xalq!
97 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu