Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Dekabr 2017

İranın hərbi doktrinası və müdafiə qabiliyyətinin gücləndirilməsi

Hər bir müstəqil ölkənin əsas haqqı öz qanuniliyini və təhlükəsizlik ehtiyaclarını təmin etmək üçün konvensional silahlarının olmasıdır. Bu əsas hüquqa əsasən İran daxili mütəxəssislərin bacarığına söykənməklə bütün müdafiə və strateji komponentlərə yiyələnmişdir.
İran müdafiə və Silahlı Qüvvələrə dəstək naziri briqada generalı Əmir Hatəmi deyib ki, İraqın İrana qarşı müharibəsi İslam İnqilabının dost və düşmənini bizə tanıtdı. İrana qarşı düşmənçiliyin dərin olmasına diqqət etməklə İranda uzaq görüşlü strategiya formalaşdı və bu strategiya əsasında biz müdafiə qabiliyyətlərinə yiyələndik.
Müdafiə zərurətləri və təhlükəsizlik kateqoriyalarına ciddi yanaşma tələb edir ki, Fars körfəzi kimi həssas regionda qeyri-məntiqi və qərəzli sensasiyalar əvəzinə təhlükəsizliyi təhrik edən və regionda sabitliyi pozan amillər qarşısında ciddi mövqe seçmək lazımdır.
Hal-hazırda İsrail rejimi nüvə arsenalına, mürəkkəb və hücum xarakterli silahla malik olmaqla regionda sülh və təhlükəsizliyi təhdid edən əsas amildir.
Bundan əlavə, Fars körfəzinin bəzi ərəb ölkələri böyük həcmdə hərbi büdcə ayırmaqla, o cümlədən Ərəbistanın Amerikandan 110 milyard dollarlıq hərbi təchizat alması regionda təhlükəni təhrik edir.
Bəzi ölkələr öz varlığının qorunmasını yadların onun yanında olmasında gördükləri üçün regionun təhlükəsizlik balansından qırağa çıxmağa səy edirlər.
Bu qrup dövlətlər region ölkələrinin təhlükəsizliyini problemlə qarşılaşdırırlar. Sözsüz ki, belə şəraitdə İran hər növ təhdidin qarşısında həssas olmalıdır.
511 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP