Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2017

Fələstin xalqı Rusiya ilə həmrəydir - Abbas

Fələstin lideri Mahmud Abbas Rusiyanın Sankt-Peterburq şəhərində baş verən teraktı qınadığını bildirib.

Abbas bütün dünyada terrorla mübarizə aparılmasının vacibliyindən danışıb.

“Bütün dünyada günahsız vətəndaşlara istiqamətlənən terror aktlarını qınayırıq. Biz Fələstin xalqının dost Rusiya xalqı ilə həmrəyliyini ifadə edirik və yaralıların tezliklə sağalmasını arzulayırıq”, - Fələstin lideri deyib.

Qeyd edək ki, 27 dekabrda Sankt-Peterburqda baş verən partlayış nəticəsində 13 nəfər yaralanıb.
400 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP