Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2017

Klintseviçdən şok: Rusiya bazasını ABŞ atəşə tutub

ABŞ-ın iştirakı olmadan terrorçular Suriyada Rusiya aviabazasına hücum edə bilməzdilər.

Bu sözləri Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frants Klintseviç Feysbuk hesabında yazıb.

“Tam əminliklə deyə bilərəm ki, ABŞ-ın iştirakı olmadan terrorçular Rusiya aviabazasına hücum edə bilməzdilər. Burada onların birbaşa iştirakı, yaxud "xeyirxah neytral" mövqedə olmaları önəmli deyil” – Klitseviç bildirib.

O, Suriya hökumətinin nəzarətində olan ərazilərə terrorçuların müdaxilə edə bilmədiyini əlavə edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünənki açıqlamasında terrorçuların Latakiya beynəlxalq aeroportunu və Hmeymim aviabazasını raket atəşinə tutduğunu bildirmişdi.

O, iki raketin “Pansir” raketdən müdafiə sistemi ilə məhv edildiyini açıqlamışdı.
357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
Go to TOP