Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Dekabr 2017

ABŞ-ın 100 minlik terror ordusu – Türkiyəyə qarşı

PKK terror təşkilatının yüksək rütbəli komandirlərindən olan Siyabənd Vəlad ABŞ-dan aldığı son təlimatı açıqlayıb.

O, Pentaqonun Türkiyə ilə sərhəd boyunca 100 minlik yeni ordu qurulması tapşırığını yerinə yetirməkdə olduğunu bildirib:

“Yeni orduda YPG, PYD və Süriya Demokratik Qüvvələrinin silahlıları yer alacaq. Tapşırıq yaxın günlərdə tam yerinə yetirilmiş olacaq.

Göstəriş Pentaqon nümayəndəsi Brett Makkard tərəfindən çatdırılıb. Pentaqon 2018-ci ildə həmin orduya görə bizə 400 milyon dollar yardım göndərəcək”

Terrorçuların komandiri bildirib ki, İŞİD terror təşkilatı qarşısında qazandıqları təcrübədən Türkiyəyə qarşı istifadə edəcəklər.

O qeyd edib ki, yeni ordu üçün Haseke, Ayn əl-Ərəb, Münbiç, Tabka, Deyr-əz-Zor və Tel-Abyadda yeni təlim düşərgələri qurulacaq.
412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP