Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

Suriyada daha bir azərbaycanlı vəhabi öldürülüb

Suriyada daha bir azərbaycanlı öldürülüb.

Bu barədə terroristlərə məxsus saytlar məlumat yayıb.

Məlumata görə, Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı “Azəri Orxan Rəhimullah” kimi təqdim olunub. Lakin onun soyadı və Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.

Terrorçular öldürülən azərbaycanlının fotosunu da yayıblar.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb./apa/
1464 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20
Çörək də baha