Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

İsmail Həniyyə: “ABŞ Əbu-Disi fələstinlilərə sırımaq istəyir”

"ABŞ Qüds şəhərinin şərqindəki Əbu-Dis şəhərini fələstinlilərə paytaxt və ya siyasi mərkəz kimi təklif edir."

Bunu HƏMAS – ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə deyib.
İ.Həniyyə son çıxışında bildirib ki, ABŞ Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra onun şərqindəki kiçik Əbu-Dis qəsəbəsini fələstinlilərə paytaxt kimi və ya siyasi varlıq üçün bir mərkəz kimi sırımaq istəyir.
Onun sözlərinə görə amerikalılar Fələstin muxtariyyətinə və məsələ ilə əlaqələli olan tərəflərə (Səudiyyə, İordaniya, Misir) təklif edir ki, Əbu-Dis qəsəbəsi ilə Qüds şəhəri arasında bir körpü və ya kolidor olacaq ki, onlar bunun vasitəsilə Qüdsdəki məscidə namaz qılmağa gedib-gələ bilsinlər.
O, həmçinin əlavə edib ki, ABŞ İordan çayının qərb sahilindəki fələstinli ərazilərin də 3 hissəyə bölünməsini və Qəzza sektorunda da kiçik bir siyasi varlığın olmasını təklif edir.
Bundan öncə ABŞ-ın New-York Times qəzeti Qüdsün yerinə Əbu-Disin fələstinlilərin mərkəzi kimi tanınması haqda məlumat vermişdi. Mənbə o zaman bildirib ki, ABŞ və Səudiyyə kralı Mahmud Abbasa təklif ediblər ki, Qüdsün əvəzinə Əbu-Dis şəhərini paytaxt olaraq qəbul etsin. Bunun üçün Mahmud Abbasa iki ay vaxt verilib./islaminsesi/
72 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu
14.01.18, 09:39
Qaşlar nə üçündür?