Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Yanvar 2014

“Dünya çempionatına gəlməyin”

Brazilyada etiraz: “Dünya çempionatına gəlməyin”- Foto

Braziliya vətəndaşları bu ölkədə keçiriləcək Dünya Çempionatı ilə bağlı etirazlarını davam etdirirlər.

Bu dəfə Braziliyanın Sao Paulo şəhərində çempionatın keçirilməsi üçün ayrılan büdcənin çoxluğundan şikayətlənən minlərlə adam etiraz nümayişi keçirib.

Nümayişçilər üzərində “Dünya çempionatına gəlməyin” yazılmış plakatlarla şəhər mərkəzinə daxil olublar.

Bir qrup fəalın təhlükəsizlik işçilərinə hücum etməsindən və ətrafdakı mağazaların vitrinlərini qırmasından sonra polis kütləyə plastik güllə və gözyaşardıcı qazla müdaxilə edib.

Etirazlar zamanı 100-dən çox adamın həbs edildiyi bildirilir./axar/


1407 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:19