Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

Almaniyada hicaba yaşıl işıq

Almaniyanın Berlin şəhərinin ədliyyə naziri Dirk Behrendt məktəblərdə hicablı müəllimlərin dərs deməsi üçün razılıq verilməsinin lazım olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, nazir müxtəlif inanclara sahib insanların çoxluq təşkil etdiyi Berlində hicablı gənc qadınların tədris işində iştirakı ilə bağlı razılaşdıqlarını söyləyib. O, Konstitusiya Məhkəməsinin qərarına əsasən hicab qadağasının din azadlığını məhdudlaşdırdığını xatırladıb.

Yaşıllar partiyasının üzvü olan Behrendt Berlində məktəblərdən birindən qovulan hicablı müəllimlərin ayrı-seçkiliyə məruz qaldıqları üçün məhkəmədə iddia qaldırdıqlarını və qalib gəldiyini deyib: “Biz müsəlman kişilərini hicab geyinmədiyi üçün işə götürürük. Çarəsiz şəkildə müəllim axtardığımız halda qadınlardan imtina edirik. Burada uyğunsuzluq var”.
218 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP