Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

ABŞ-ın şeytani siması Ayətullah Xameneinin bəyanında

İslam İnqilabının Ali Dini Lideri Ayətullah uzma Xamenei İslami Təbliğat üzrə Koordinasiya Şurasının üzvləri ilə görüşü zamanı, ABŞ-ın İran xalqı arasında şübhə yaratmaq, ümidsizlik və etibarsızlıq ruhiyyəsini yayma cəhdlərinə toxunub.
Ayətullah Xamenei bildirib: “İran İslam Respublikası, məmurların xalqın məişət və iqtisadi problemlərinin həlli istiqamətində yüksək zəhmət çəkərək, inkişaf yolunu iqtidarla davam edəcəkdir.”
ABŞ-ın imerperialist qüvvə olması İran xalqı üçün dəfələrlə sübuta yetib, lakin şübhəsiz ki, Ayətullah Xameneinin dünənki bəyanını, ABŞ-ın şərr hədəfləri önündə xəbərdarlıq olaraq dəyərləndirilmək lazımdır.
Bu barədə, Ayətullah Xameneinin çıxışında bir neçə mühüm məsələ mövcuddur. Bu məsələlər, ABŞ-ın bölgədə olan uzun müddətli planları qarşısında ayıqlığın zəruriliyini vurğulayır.
Birinci məsələ ABŞ-ın, zahiri iddialarına baxmayaraq, heç bir halda bölgədə olan terrorizmin aradan getməsini istəməməsidir.
ABŞ İŞİD və təkfirçi qruplara, həmçinin Ali-Səud kimi zalım və diktatura rejimlərinə, cinayətkar Sionist qüvvələrinə, Yəmən xalqını qətliam edən dəstələrə dəstək verərək, öz çirkin mahiyyətini gözlər önünə sərir.
İkinci məsələ ABŞ-ın bütün ölkələrin, xüsusən İran İslam Respublikasının iqtidara sahib olması və zalımlar önündə nümunə halını almasına müxalif olmasıdır.
Üçüncü məsələ isə, təhlükəsizliklə bərabər inkişaf etməkdən ibarətdir. Bu məsələ yalnız İran üçün deyil, strareji cəhətdən müstəqil olan bütün ölkələr üçün önəmlidir.
ABŞ-ın həqiqi hədəfi bölgədəki xalqları bir birinə qarşı qaldırmaqla, ixtilaf vasitəsiylə süni böhranlar yartmaqdır. Bu məsələ bir gün tayfaçılıq və təəssübkeşlik kimi gündəmə gəlir, başqa gün isə daxildən devirmə planları formasında icra olunur.
Bu səbəbdən İnqilab Rəhbəri bəyanların bir hissəsində ABŞ-ın bu planlarına toxunaraq, dey ayının 9-unu, İran xalqının bu oyun və planlara cavabı, din və inqilab dəyərlərini müdafiə etməsi olaraq dəyərləndirib.
Ayətullah Xameneinin sözləri əslində ABŞ-ın beynəlxalq və bölgə səviyyəsində olan planlarının iç üzünü açmaqdan ibarət idi. Bu ifadələr bölgə və dünya xalqlarının problemlərinin əsas səbəbini üzə çıxarır.
ABŞ-ın tanınmış ideoloqu Noam Çomski, ABŞ rəsmilərinin sözlərini tənqid edərək bildirib: “ABŞ İranı sülh üçün böyük təhlükə bilir, bir halda ki, dünya ABŞ-ı sülh üçün təhlükəli bilir.”
ABŞ bir çox beynəlxalq münaqişə və müharibələrin, eləcə də dövlətlərin devrilməsinin əsas səbəbkarıdır.
Terror qruplaşmaları və İŞİD-ə verdiyi dəstək ABŞ-ın qanuna zidd addımlarından biridir, lakin rəsmi Vaşinqton İranı bölgədə təhlükəsizliyi pozmaqda ittiham edir.
Şübhəsiz ki, İnqilab Rəhbərinin dediyi kimi, ABŞ-ın İranda siyasi, məzhəbi, irq və dilə söykənən ixtilafları yaratması faydasız və uğursuzdur və İranın inkişafı ABŞ-ın hazırki prezidenti dönəmində də davam edəcəkdir.
Ayətullah Xamenei demişkən: “İranın meydandan çıxma və zəifləmə arzusu onların ürəklərində qalacaq!”
358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP