Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

“Fələstinin azadlığı üçün Qüds ordusu yaradılmalıdır”

Qəzzədə müsəlman alimlər cəmiyyəti Qüds ilə həmrəylik aksiyasında sionist rejim ilə əlaqələrin adiləşdirilməsi üçün hərhansı hərəkətin Fələstinə xəyanət olduğunu deyib.
Əl-Məyadin telekanalının verdiyi məlumatına görə, Bu aksiyada iştirak edənlər ixtilafların kənara qoyulması, ərəb və islam dünyasının Qüds və onun sakinlərini dəstək uğrunda birləşmələrini istəyiblər. Onlar amerikan mallarının da boykot edilməsinə çağırıblar və İsrail ilə əlaqələrin adiləşdirilməsi üçün hərhansı təşəbbüsün Fələstin amalına xəyanət olduğunu bildiriblər.
Bu aksiyada Müsəlman Alimləri Cəmiyyətinin rəhbəri Mərvan Əbu Ərrus deyib: “Qüds sakinlərinə dəstək vacibdir, Trampın qərarının məhv edilməsi və Fələstinin azad edilməsi dini vəzifədir, müsəlmanların məğlubiyyətinə yönəlik hərhansı hərəkət haramdır. Müsəlmanların əmlakı və imkanları qeyri-müsəlmanlara yönəldilirsə bu cinayətdir amma bu əmlak müsəlmanlara xüsusiylə də fələstin sakinlərinə və imkansız müsəlmanlara ayrılırsa bunda böyük xeyir var və bu Allahın razılığını təmin edir. Ərəb və müsəlman ordusu öz silahlarını sionist düşmənin köksünə tuşlamalıdırlar və bu silahların müsəlmanların sinəsini hədəfə tutması heçcür caiz deyil.”
Qəzzə zolağında şəriət məhkəməsi ali şurasının sədri Həsən Əccucu da deyib: “Biz təqva və xeyriyyəçilik əsasında müttəfiq olmalı, Qüdsün azad edilməsi üçün birləşməliyik, məhz buna görə biz Qüds koalisiyasının yaradılmasını istəyirik, qoy ərəb və islam dünyasının alimləri bu təşəbbüsdə qabağa düşsünlər, yüksək iradələr formalaşsın və lazımı güc əldə olunduqda Qüdsün azad edilməsi üçün Qüds ordusu yaradılsın.”
76 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.01.18, 15:57
Hicab...
15.01.18, 09:36
İranda matəm elan olundu