Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

İşğalçı İsrail qorxu içində: “Hizbullah” sərhədlərimizə yaxınlaşıb”

İsrail televiziyası Suriya ordusunun və müttəfiqlərinin Cəbəl əl-Şeyx körfəzində terrorçulara qarşı hücumlarını artırdığını bildirib.
Eastnews.org-un verdiyi xəbərə görə, bölgədəki terrorçuların komandiri İbrahim əl-Cabavi qeyd edib ki, Suriya ordusu bizə təslim olmaq və ya İdlibə getmək üçün 72 saat vaxt verib, qalmaq istəyənlər Suriya hökuməti ilə bir həll yolu tapacaqlar.
İsrail televiziyasının məlumatına görə, hazırda Beit Jen şəhərinin ətrafındakı ərazi Suriya ordusu tərəfindən mühasirədədir. Bu məntəqə terrorçuların Dəməşqin cənub-qərbindəki son qərargahıdır. Artıq Suriya ordusu və “Hizbullah” bölgədəki terrorçu qərargahının məhv edilməsi əməliyyatlarına start verib. Əməliyyat üç istiqamətdə həyata keçirilir. Suriyalı qüvvələr terrorçuların nəzarət etdiyi bölgəni iki hissəyə bölüb.
Adının açıqlanmasını istəməyən İsrail ordu rəsmisi bildirib ki, son hücumlarda Suriya ordusu və müttəfiqləri “Hizbullah”ın mühüm rol oynadığına inanırlar: “Bu bizi narahat edir. Artıq onlar bizim sərhədlərimizə yaxınlaşır“.
O, həmçinin bildirib ki, rəsmi Tel-Əviv sərhəddəki təhlükəni aradan qaldırmaq üçün heç bir addım atmayıb.
Qeyd edək ki, Cəbəl əl-Şeyx Livan və Suriya sərhəddində yerləşir. Bu dağ Suriya və Livan arasındakı sərhəd bölgədədir. Bu dağın başqa bir adı isə Hermondur. Hermon dağının ərəbcə adı Cəbəl əl-Şeyxdir. Suriya-Livan sərhədində və Dəməşqin qərbindədir, zirvələri qarla örtülüdür. Aralıq dənizinin şərq sahilindəki ən yüksək zirvədir. Hündürlüyü 2,814 metrdir. Suriya-Livan sərhədində olan dağın zirvəsi Suriyanın nəzarətindədir. 1967-ci ildə Ərəb-İsrail müharibəsi zamanı mühüm strateji mövqe olan Hermon İsrail qoşunları tərəfindən işğal edilib. 1973-cü ildə Yom Kippur müharibəsinin əvvəlində Suriya qüvvələri tərəfindən sürpriz bir hücumla geri alınıb və 15 gün sonra ağır itkilər bahasına İsrail tərəfindən çətinliklə yenidən işğal edilib. 1967-ci ildən bəri dağın təxminən 100 km², cənub və qərb yamacları İsrail işğalı altındakı Qolan təpələrinin bir hissəsidir.
325 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP