Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

İraq Kürdüstanında nələr baş verir?

İraq Kürdüstanının qalmaqallı referendum məsələsindən 3 ay ötməsinə baxmayaraq, bölgədə hər gün sabitsizlik hökm sürür.
Bölgədə olan iqtisadi böhranlar sakinləri küçələrə yönəldib. Bugünədək davam edən etirazlar nəticəsində 5 nəfər ölüyü, 200 nəfərinsə yaralandığı qeydə alınıb. Etirazçılar “Dəyişiklik” hərəkatının və Kürdüstan İslami Hərəkatının binasına hücum ediblər.
“Reuters”-in verdiyi xəbərə görə, “Dəyikşik” hərəkatı öz nazirlərini Kürdüstan dövlətindən uzaqlaşdırıb və parlamentin mətbuat katibi Yusif Muhəmməd də istefa verib. Kürdüstan İslam Hərəkatı da öz növbəsində dövlətdən kənarlaşıb.
Son qarşıdurmaların kökünü xalqın məmurlara qarşı olan narazıçılıqlarından axtarmaq lazımdır. Ərbil-Bağdadın referendum ərəfəsində qarşıdurması və ən mühümü, dövlətdə olan korrupsiya hallarına etirazları, maaşların gecişməsi və məmurların ilkin vəzifələrinə əməl etməməsi xalqın küçələrə axışmasına səbəb oldu.
Xalqın narazıçılığına səbəb olan korrupsiya hallarından biri, 1 milyon 249 min dövlət işçisinin heç bir iş görmədən maaş almasıdır. Bu şəxslərə maaş verilməsinin səbəbi, onların digər qruplara yönlənməməsidir.
Kürdüstanda qeyri qanuni referendumdan sonra əyalətin büdcəsi 30%-dən 12.5%-ə enib və əyalətin Türkiyə, Suriya və İranla olan sərhədləri mərkəzi dövlətin nəzarəti altındadır. Bütün bu məsələlərlə yanaşı, Niçrəvan Barizaninin adamları, mərkəzi dövlətlə əlaqələrini düzəltmək məqsədiylə, Türkiyə ilə yaxın əlaqələr qurmağa çalışır.
Digər tərəfdən, Kürdüstanın əksər partiyaları Barizani ailəsinin əyalətin rəhbəriyyətindən uzaqlaşdırılmasını tələb edir.
Həmçinin, Kürdüstanda baş verən son qarşıdurmalarda, hakimiyyətə müxalif olan “Yeni Nəsil” Partiyasının sədri həbs olunub. Bu şəxs sentyabr ayının 25-də keçirilən referendum hadisələrində müxalif cəbhələrin rəhbəri hesab olunurdu.
Son qarşıdurmalardan sonra Kürdüstanın gələcəyi
Kürdüstan rəsmiləri referendumla müstəqillik əldə etmək istəyirdilər. Onlar müstəqil Kürdüstan ölkəsi yaradaraq, bölgədə olan digər kürdlərə də təsir qoymaq və İŞİD-dən sonra Sionistlərin layihəsini davam etdirmək və bölgədə qarşıdurmalar yaratmaq niyyətində idilər.
Kürdüstanda yaranan qarşıdurmalar və narazıçılıqları nəzərə alaraq bölgə üçün 2 ssenari təqdim etmək olar:
1.“Demokrat” partiyasının referenduma müxalif olan partiyalarla məsələsinin aydınlaşması: Kürdüstan Demokrat Partiyası müxalif partiyaları referendumun uğursuz olmasında ən böyük günahkar hesab edir. Onlar müxalif partiyaları xəyanətkar hesab edirlər. Bir sıra müxalif partiyaların rəhbərlərinin həbsini və ofislərinin bağlanmasını nəzərə alsaq demək olar ki, “Demokrat” partiyası bu etirazlar vasitəsiylə müxalif qrupların taleyini bəlli etməyə və öz qüdrətini göstərməyə çalışır.
2.Etirazların böyüməsi və daxili qarşıdurmaların yaranması: Bölgədə olan etirazların gərginləşməsi partiyalar arasında ehtimal olunan qarşıdurmaların da böyüməsinə şərait yaradır. Bu məsələ də bölgənin siyasi gələcəyinə təsir qoyacaqdır.
Son olaraq İraq Kürdüstanında olan son etirazlar xalqın əksərinin mövcud durumdan narazıçılığı və dəyişikliyin baş verməsini tələb etmələri səbəbiylə reallaşır. Onlar mərkəzi dövlətlə əlaqələrin düzəlməsi və iqtisadi rifahın yaradılmasını tələb edirlər.
244 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP