Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

Ukraniyalı şahmatçı Səudiyyə yarışlarını baykot etdi

Şahmat üzrə 2 dəfə dünya çempionu olmuş Anna Moziçok Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında iştirak etməyəcəyini bildirib.
Ukraniya vətəndaşı olan Moziçok 2014 və 2016-cı illərdə qadınlar arasında şahmat çempionatında dünya birinci olub. O gözlənilmədən, Riyadda keçiriləcək olan yarışlarda iştirak etməyəcəyini açıqlayıb.
Sürətli şahmat yarışları, qalibinə 2 milyon dollar qazandıran ən maraqlı yarışlardan biri hesab olunur.
Rəsmi tvitter hesabında bu barədə açıqlama verən Moziçok bildirib: “Mənim bu yarışlarda iştirak etməməyimə səbəb Səudiyyə Ərəbistanında qadınlara olan davranışdır. Çünki mən, əba geyinmək və yanımda mühafizə ilə küçələrə çıxmaq istəmirəm. Daha dəqiq desəm, ikinci dərəcəli insan olmaq istəmirəm!”
O öz rəsmi facebook səhifəsində isə bu barədə bildirib: “Mən öz qəhrəmanlıqlarımı bir bir əldə verəcəyəm. Çünki Səudiyyəyə getməmək qərarına gəlmişəm. Mən ora gedib, ikinci dərəcəli insan hissini yaşamaq istəmirəm. Düz 2 il öncə mən, 2 qəhrəmanlıq medalı əldə etdim və şahmat dünyasında ən sevincli şəxs idim, lakin bu dəfə narahatam. Buna baxmayaraq öz prinsiplərimə sadiq qalacaq və müsabiqələri əldən verəcəyəm. Bu yarışda daha uğurlu nəticələr əldə edə bilərdim.”
Onun bacısı da şahmatisdir və o da öz növbəsində bu yarışlarda iştirak etməyəcək.
Beynəlxalq Şahmat Federasiyası Səud rəsmilərini, ölkədə olan qanunları asanlaşdırmaqla bağlı razı salmaq üçün çox çalışıb. Səudiyyə Ərəbistanı şahmatistlərdən əba geyinmələrini və ənənəvi ağ paltarlar geyinmələrini tələb edib.
Bu yarış həftənin birinci günündən etibarən başlayacaq.
242 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP