Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

Bu üç liderin Livan və Suriya sərhədində görünməsi İsraili qorxutdu

İraqın “Xalq Səfərbər Qüvvələri”nin (Haşdu-Şabi) tərkibində olan və İŞİD-lə döyüşən “Livaul-Baqir” (İmam Baqir briqadası) hərbi birləşməsinin komandanı Əbul-Abbas Hacı Həmzə İsrail-Livan sərhədlərinə baş çəkib. Bu isə bölgədəki müqavimət hərəkatlarından İsrailə daha bir mesaj deməkdir.
Əbul-Abbas Hacı Həmzədən öncə Haşdu-Şabinin “Əsaib Əhlil-Haqq” hərbi bölməsinin komandanı şeyx Qeys Xəzəli, və həmçinin “Hərəkət ən-Nucəba” hərbi birləşməsinin komandanı Şeyx Əkrəm əl-Kəbi də Livan-İsrail sərhədlərinə baş çəkiblər.
Bundan öncə şeyx Əkrəm əl-Kəbi deyib ki başçılıq etdiyi “ən-Nucəba Hərəkatı” Hizbullaha qarşı aparılan hər bir döyüşdə İsraillə vuruşmağa hazırdı.
Həmçinin hərəkat Suriya hökumətinə də təklif edib ki, Colan Yüksəkliklərinin Sionizmdən azad edilməsində iştirak edə bilər.
Son iki ayda Haşdu-Şabi-nin 3 hərbi bölməsinin komandanlarının Livanın cənubuna getməsi və İsrailin işğal etdiyi Fələstin bölgələrinə baş çəkməsi İsraili qorxutmağa başlayıb.
“Əsaib Əhlil-Haqq”, “Hərəkət ən-Nucəba” və “Livaul-Baqir”dən əlavə Haşdu-Şabinin “Kətaib Seyyiduş-Şuhəda” hərbi bölməsi də İsraillə gələcəkdə baş verəcək döyüşə yollanmağa hazır olduğunu bildirmişdi.
394 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP