Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

ABŞ Ərəbistanın sərvətini sağır

Fransanın Le Mond Diplomatik nəşri bir məqalədə yazıb: "ABŞ və Səudiyyə Ərəbistanının qeyri-normal münasibətləri Vaşinqtonun öz daxili problemlərini aradan qaldırmaq üçün Ərəbistanın pulunu sağmaq üçündür. "
Fransa analitiklərinin bildirdiyinə görə, ABŞ və Ərəbistanın bu qeyri-normal münasibətləri çox da uzaq olmayan gələcəkdə, bu iki ölkə, əsasən də Ərəbistanı zərər-ziyanlarla üzləşdirəcəkdir.
Hər şey bir bağlantı ilə başladı. Vaşinqton və Ər-Riyadın qəribə və qeyri-normal dostluq münasibətləri. Bu, artıq avropalıları da özündən çıxarıb. Fransa nəşri Le Mond Diplomatik 2017-ci ildə son sayında araşdırma xarakterli məqaləsində bu qeyri-adi münasibətlərin üstünü açıb.
Bu məqaləyə əsasən, ABŞ prezidenti Ərəbistanın sərvətini öz ölkəsinin xeyrinə sağmaq istəyir. Bu iş zahirdə amerikalılar üçün çox maraqlıdır. Lakin hazırkı şəraitdə, struktur problemləri və Ərəbistanın vəzifə eşqində olan vəliəhdinin naməlum islahatları ilə ABŞ-ın röyaları dəyirman daşına tuş gələcək.
Fransa İnformasiya Araşdırmaları Mərkəzinin direktoru Erik Dense deyib: “ABŞ-ın bugünkü siyasətləri çoxlu problemlər yaratmışdır. ABŞ prezidenti Ərəbistanın pulu və neft dollarları ilə daxili problemlərini ört-basdır etməyə çalışır. Halbuki əkdiyi ağacın köklərinin suda olduğunu bilmir.”
ABŞ-ın ədliyyə sistemindəki mövcud sənədlərə əsasən, ABŞ əleyhinə birbaşa və ya dolayısı yolla terror aktında iştirak edən ölkəni gözübağlı şəkildə dəstəkləmək reallıqdan uzaqdır. Çünki düz Trampın qələbəsindən öncə, ABŞ Konqresi və Senatı Jasta qanunu təsdiqləyərək Ərəbistanı hədəf almışdılar.
Fransa İnformasiya Araşdırmaları Mərkəzinin direktoru Erik Dense əlavə edib: “Bizim diqqət mərkəzində saxladığımız və ifşa etmək istədiyimiz məsələ bir çox terror aktında, o cümlədən 11 sentyabr hadisəsində ABŞ-ın özünün Səudiyyə Ərəbistanı ilə əlbir olmasıdır. Bunu, amerikalıların özləri bilirlər. Amma hələlik Ərəbistanı qarət etmək istəyirlər.”
Le Mond yazır: “ABŞ prezidentinin seçkilərdən öncə, Səudiyyə Ərəbistanını terrorçuların əsas hamisi elan etməsi, amma hazırda bu ölkədən var-dövlətini ABŞ-a doğru yönəltməsini istəməsi amerikalılar və ərəbistanlıların təhlükəli dostluğunun nişanəsidir.”
333 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP