Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Dekabr 2017

ŞİMALİ KOREYA NÜVƏ PROQRAMINDAN ƏL ÇƏKƏN DEYİL

Koreya Xalq Demokratik Respublikası 2018-ci ildə öz nüvə proqramı üzərində işləri dayandırmaq fikrində deyil.
Bu barədə Şimali Koreyanın rəsmi "STAK” informasiya agentliyinin yaydığı məlumatda bildirilir.
"KXDR mübahisəsiz strateji qüvvə olaraq açıq şəkildə bəyan edir - onun siyasətində dəyişiklik gözləməyə dəyməz. Şimali Koreya 2018-ci ildə öz nüvə proqramından əl çəkməyəcək”, məlumatda deyilir. Həmçinin, KXDR-in məsuliyyətli nüvə dövləti olduğu vurğulanır.
Dekabrın əvvəlində BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar Şimali Koreyanın həyata keçirdiyi nüvə sınaqları ilə əlaqədar tətbiq edilib. Təhlükəsizlik Şurasının üzvləri səsverməyə çıxarılan qərarı yekdilliklə dəstəkləyiblər. Sanksiyalar bir sıra malların ixracına məhdudiyyətləri nəzərdə tutur.
238 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
16.06.18, 11:39
Tramp: Krım Rusiyanındır
Go to TOP